Yerevan merinin keçmiş müavininə qarşı ittiham irəli sürüldü


  • 2 Avqust 2020 09:00

Ermənistanın paytaxtı Yerevanın merinin keçmiş müavini Vaqe Nikoyana və meriyanın tabeliyindəki şirkətin sabiq direktoru Qevork Akopyana qarşı ittiham irəli sürülüb.

E-huquq.az xəbər verir ki, bu barədə “NEWS.am”a Xüsusi İstintaq Xidmətində bildirilib.

Qeyd edilir ki, Nikoyana və Akopyana qarşı ittihamlar bir cinayət işi çərçivəsində irəli sürülüb. Lakin söhbətin hansı cinayət işindən getdiyi açıqlanmır. Müstəntiq onların həbsi haqqında vəsatət qaldırıb.

Xüsusi İstintaq Xidmətində həmçinin bildiriblər ki, yaxın vaxtlarda ittihamlar üzrə əlavə məlumat yayılacaq.

Oxşar xəbərlər