Məzmuna keç

İsrailin baş nazirinin xanımı restoran yeməyi sifarişlərinə görə cərimə edilib

İsrailin baş nazirinin xanımı restoran yeməyi sifarişlərinə görə cərimə edilib

İsrail məhkəməsi ölkənin baş naziri Binyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahunu büdcə vəsaitlərini restoran yeməyinə qanunsuz xərclədiyinə görə cərimə edib.

E-huquq.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Kan" teleradio şirkəti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı dörd illik təhqiqatlara son qoyulub. Məhkəmə S.Netanyahu və dövlət prokurorunun ofisi arasında sazişi təsdiqləyib. Sazişə əsasən büdcəyə 55 min şekele (təxminən 15 min dollar) qaytarılacaq.

Radiostansiyanın məlumatına görə, Sara Netanyahu saziş çərçivəsində özünü günahkar saymağa razılaşıb. Amma onun əleyhinə olan büdcə vəsaitələrinin bədxərcliyi və dələduzluq ittihamlarıləğv edilib.