UEFA-nın keçmiş prezidenti Mişel Platini azadlığa buraxılıb.
E-huquq.az-ın məlumatına görə, M.Platini DÇ-2022-nin ev sahibliyinin Qətərə verilməsi ilə bağlı istintaq orqanına ifadə verib.
Məlumata görə, M.Platini həbs olunmayıb və ittiham edilmir, sadəcə dindirilmək üçün saxlanılıb. Hərçənd Fransa millisinin sabiq futbolçusu və baş məşqçisinin dünən saxlanılmasından sonra onun da DÇ-2022 ilə bağlı korrupsiyada şübhəli bilindiyi iddia olunurdu.
Qeyd edək ki, M.Platini 2007-ci ildə UEFA prezidenti seçilib. 2015-ci il oktyabrın 8-də fransalı vəzifəsindən 90 günlük kənarlaşdırılıb. Həmin ilin dekabrında isə M.Platini 8 illik diskvalifikasiya alsa da, 2016-cı ilin mayında bu müddət 4 ilə endirilib.
