Hulusi Akar: “Türkiyə Liviyadakı təlim mərkəzləri vasitəsilə nizamlı ordu qurmağa kömək edir”


  • 13 Sentyabr 18:31

“Hazırda Liviyanın BMT tərəfindən tanınan və yeganə siyasi güc olan Sarrac hökuməti ilə əlaqələrimizi davam etdiririk. Bunun da gizli bir tərəfi yoxdur. Türkiyə qanun çərçivəsində hərəkət edir.”

E-huquq.az-ın xəbərinə görə, Türkiyə Müdafiə Naziri Hulusi Akar və Türkiyə Silahlı Qüvvələrinin Antalyadakı Kaş rayonunda Topçu Kapitanı Mustafa Ertuğrul Akerin anım mərasimində iştirakdan sonra jurnalistlərin suallarını cavablandırarkən belə deyib.

H.Akar bildirib ki, Türkiyənin Liviyada hazırkı mövqeyi Liviya xalqına dəstək verməkdir: “Hər kəs bizim Liviyada olduğumuzun səbəbini anlamalıdır. Biz Liviya xalqına dəstək təklifi aldığımız üçün humanizm prinsipi çərçivəsində ordayıq. Fransa və Əbu-dabi, Haftara əhəmiyyətli dərcədə dəstək verdi. Biz isə Liviya xalqının müdafiəsi üçün oradakı hücumları dayandırmağa çalışdıq. Haftarın getdiyi yerlərdə 20 kütləvi məzarlıq tapıldı. Biz onlara qarşı mübarizə üçün ordayıq”.

Nazir “Türkiyə Liviyada hərbi baza quracaqmı” sualına cavab olaraq belə deyib:

“Liviyalı qardaşlarımıza müxtəlif təlim mərkəzlərində nizami bir ordu qurmağa kömək edirik”.

Mənbə: APA

Oxşar xəbərlər