Bakıda karantini pozan restoran aşkarlandı


  • 18 Sentyabr 11:38

Paytaxtın Sabunçu rayonunda xüsusi karantin rejimi qaydalarına əməl etməyən, müəyyən olunan vaxtdan kənar, sanitar-epidemioloji normaların pozulması ilə müşayiət olunan restoran aşkarlanıb.

Bu barədə e-huquq.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, "102" Zəng Mərkəzinə daxil olan məlumat əsasında Sabunçu Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyü və 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə sanitar-epidemioloji normaları pozan 6 nəfər müəyyən olunaraq, müvafiq polis bölməsinə dəvət olunublar.

Mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektinin rəhbəri və xidmət personalı və müştəriləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.

İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə onların hər biri barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

Oxşar xəbərlər