Məzmuna keç

Məhkəmə Saakaşviliyə parlament seçkilərində namizəd kimi iştirak hüququ verib

Məhkəmə Saakaşviliyə parlament seçkilərində namizəd kimi iştirak hüququ verib

Kiyevin Peçerski rayon məhkəməsi Gürcüstanın keçmiş prezidenti, Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvilinin 5 il davamlı şəkildə Ukraynada yaşamaq hüququnu təsdiqləyib.

E-huquq.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu Mixeil Saakaşvilinin parlament seçkilərində namizəd kimi qeydiyyatdan keçməsinə imkan yaradacaq.

Qeyd edək ki, mayın 28-də Ukrayna prezidenti Vladimir Zelenski Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə Ukrayna vətəndaşlığını geri qaytarıb. Ukraynaya qayıdan Saakşvili "Yeni qüvvələrin hərəktaı" partiyası ilə iyulun 21-də keçiriləcək parlament seçkisində iştirak edəcəyini bildirib. Lakin Saakaşvilinin uzun müddət Ukrayna ərazisində yaşamaması ilə əlaqədar onun seçkidə iştirakına icazə verilməyəcəyi bildirilirdi.