Məzmuna keç

İsveç XİN başçısının Azərbaycana səfəri təxirə salındı

İsveç Krallığının Xarici İşlər naziri Ann Lindenin Azərbaycana səfəri təxirə salınıb.

E-huquq.az xəbər verir ki, bu barədə bu gün Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və A. Linde arasında keçirilmiş videokonfrans formatında görüş zamanı bildirilib.

İsveçli nazir Azərbaycana səfərinin noyabr ayına təxirə salındığını qeyd edib.

Xatırladaq ki, A. Lindenin Azərbaycana səfəri bu həftə ərzində baş tutmalı idi.