“Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll olunmalıdır”.
E-huquq.az-ın məlumatına görə, bunu Rusiya Federasiyasının Baş prokuroru İqor Krasnov bildirib.
“Qətiyyətlə əminəm ki, Dağlıq Qarabağ münaqişəsi istisnasız olaraq beynəlxalq hüquq normaları və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həll olunmalıdır”, – deyə Rusiyanın Baş prokuroru vurğulayıb.
Mənbə: APA
