Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani Azərbaycanı Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edib.
E-huquq.az xəbər verir ki, XİN başçısı təbrik sözlərini rəsmi "Twitter" hesabında yazıb.
"Azərbaycanı Dövlət Müstəqilliyinin elan olunmasının 29-cu ildönümü münasibətilə ürəkdən təbrik edirəm. Əminəm ki, strateji tərəfdaşımızla nümunəvi münasibətlər bundan sonra da bölgəmizdə sülh, sabitlik və tərəqqiyə töhfə verəcək".
