BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etdi


  • 20 Oktyabr 2020 09:57

BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağda atəşkəsə nəzarətin təmin edilməsinin vacibliyini müzakirə edib.

E-huquq.az-ın məlumatına görə, bunu oktyabr ayında Təhlükəsizlik Şurasına rəhbərlik edən Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Dağlıq Qarabağla bağlı qapalı iclasın nəticələri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

V.Nebenzya diqqətə çatdırıb ki, hazırda atəşkəs rejimini təmin etmək lazımdır, bu, ən aktual məsələdir, çünki müvafiq razılaşma əldə edilib, lakin icra edilməyib.

O qeyd edib ki, əsas məsələ atəşkəsin icrasına nəzarətin necə təmin ediləcəyidir.

Oxşar xəbərlər