“İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaq” - Ərdoğan


  • 24 Oktyabr 2020 16:03

“ATƏT-in Minsk Qrupunun həmsədrləri, bu günə qədər nə etdiniz? Azərbaycan torpaqlarını işğaldan azad etdiniz? Xeyr! Ermənilərə silah göndərib, bununla bölgəyə sülh gətirəcəyinizi zənn edirsiniz”.

E-huquq.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) Kayseridə keçirilən VII fövqəladə konqresində çıxışı zamanı deyib.

“İnanıram ki, azərbaycanlı qardaşlarımız bu mübarizədən zəfərlə çıxacaq. Azərbaycan torpaqlarının işğalına, baş verən müsibətlərə kor, kar qalanlar bu gün atəşkəs çağırışı edirlər, bu, tam bir riyakarlıqdır”, - deyə Ərdoğan vurğulayıb.

Oxşar xəbərlər