ABŞ Prezidenti Vaşinqtonun vasitəçiliyi ilə əldə edilən atəşkəsin pozulmasından məyus oldu


  • 27 Oktyabr 23:56

ABŞ Prezidenti Donald Tramp Dağlıq Qarabağda Vaşinqtonun vasitəçiliyi ilə əldə edilən atəşkəsin pozulmasının məyusluq yaratdığını bildirib.

E-huquq.az "Reuters"ə istinadən verdiyi məlumata görə, o, təfərrüatlara toxunmayaraq hər iki tərəfin bunun öhdəsindən gələcəyinə dair nikbinlik ifadə edib.

O, tərəflərin yenidən bir araya gələcəklərinə də ümid ifadə edib.

Qeyd edək ki, oktyabrın 26-da Vaşinqtonda Azərbaycan və Ermənistanın humanitar atəşkəs elan etməsi ilə bağlı razılığa gəlinib. Lakin atəşkəs elan olunandan 4 dəqiqə sonra Ermənistan onu pozub.

Oxşar xəbərlər