Məzmuna keç

Çinin Tibet bölgəsində baş verən zəlzələdə 16 nəfər ölüb

Çinin Tibet Muxtar Rayonunda ötən gecə baş verən 7 maqnitudalı zəlzələ nəticəsində 16 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yerinə 300 polis əməkdaşı, eləcə də 347 yanğınsöndürən və xilasetmə işçisi cəlb olunub.

Yaralılardan 11-nin vəziyyətinin ağır olduğu bildirilir. Yüngül xəsarət alan 21 nəfər isə xəstəxanalarda müalicə olunub.

“Sinxua” agentliyinin məlumatına görə, zəlzələnin episentri Tibet Muxtar Rayonunun Nakçu şəhərinin Baçin rayonunda yerləşib.

Yeraltı təkanların təxminən 10 kilometr dərinlikdə baş verdiyi qeyd olunub.

Təbii fəlakət nəticəsində 300-dən çox ev dağılıb.

Ərazidə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Ölənlərin sayının artacağından ehtiyat edilir.

Qeyd edək ki, 2025-ci ilin yanvarında Tibetin Şiqatse şəhərinin Tinri rayonunda baş verən 6,8 maqnitudalı zəlzələ nəticəsində 120 nəfər həyatını itirmişdi.

Şəbnəm Mehdizadə