Məzmuna keç

İzmirdə güclü zəlzələ oldu,

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub.

E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, yeraltı təkanın ocağı 16,54 km dərinlikdə olub.

Zəlzələ Bakı vaxtı ilə 15:54-də baş verib.

Bayraklı rayonunda güclü zəlzələ nəticəsində bina çökdüyü bildirilir. Hadisə ilə əlaqədar axtarış-xilasetmə işlər başlanıb.