Məzmuna keç

Yeni Dehlidə havanın keyfiyyəti təhlükəli həddə çatıb

Hindistanın paytaxtı Yeni Dehlidə “Diwali” Festivalından (İşıq Festivalı) sonra havanın keyfiyyəti təhlükəli səviyyəyə yüksəlib.

E-huquq.az “NDTV” telekanalına istinadən xəbər verir ki, şəhər sakinləri səhər saatlarında sıx duman təbəqəsi və görmə məsafəsinin kəskin azalması ilə qarşılaşıblar.

Havanın Çirklənməsinə Nəzarət Şurasının (CPCB) məlumatları paytaxtda hava keyfiyyəti indeksinin əhəmiyyətli dərəcədə yüksəldiyini göstərir.

Belə ki, Yeni Dehlidə orta hava keyfiyyəti indeksi ötən gün qeydə alınan 350-dən 403-ə yüksəlib. Bununla da şəhərdə havanın keyfiyyəti “çox pis” səviyyəsindən “təhlükəli” həddə çatıb.

Qeyd edək ki, noyabrın 8-də paytaxtda qeyd olunan “Diwali” Festivalı (İşıq Festivalı) zamanı istifadə edilən fişənglərin atmosferə atılan zərərli maddələrin miqdarını artırdığı ehtimal olunur.

Şəbnəm Mehdizadə