Məzmuna keç

23 il əvvəl aldığı kompüterlərdən 45 min avro qazandı

ABŞ-də yaşayan Ceyms Pelleqrini illər əvvəl aldığı 2 min kompüteri qonşusunun samanlığında saxlayıb. 23 il ərzində istifadəsiz qalan cihazları satışa çıxaran şəxs gözlənilməz maraqla qarşılaşıb. Nəticədə köhnə kompüterlərin satışından əldə etdiyi gəlir 45 min avronu ötüb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Ceyms Pelleqrini 1980-ci illərin ortalarında kommersiya məqsədilə 2 min ədəd kompüter alıb. Lakin planlaşdırdığı satışı həyata keçirə bilmədiyi üçün cihazları qonşusuna məxsus samanlıqda saxlamağa qərar verib.

Uzun illər istifadəsiz qalan kompüterlər zaman keçdikcə texnologiya kolleksiyaçılarının maraq dairəsinə düşüb.

Kompüterlərin saxlanıldığı taxta tikilinin çökmə təhlükəsi ilə üzləşməsi Pelleqrinini anbardakı ehtiyatları dəyərləndirməyə vadar edib.

O, cihazları “eBay” platforması vasitəsilə satışa çıxarıb. Nostalji texnologiyalara maraq göstərən kolleksiyaçıların və alıcıların diqqətini çəkən kompüterlərin satışından ümumilikdə 45 min avrodan çox gəlir əldə olunub.

Məlum olub ki, Pelleqrininin illərlə saxladığı kompüterlər 1980-ci illərdə hazırlanmış NABU sistemlərinə aiddir.

NABU layihəsi o dövrdə müasir internetin ilkin və sadələşdirilmiş versiyasına bənzər texnoloji xidmət təqdim etməyi hədəfləyirdi. Lakin sistem istifadəyə verildiyi dövrdə gözlənilən kommersiya uğurunu qazana bilməyib.

Beləliklə, vaxtilə satışını həyata keçirə bilmədiyi kompüterlər 23 il sonra kolleksiya bazarında alıcı taparaq sahibinə 45 min avrodan artıq qazanc gətirib

Şəbnəm Mehdizadə