Məzmuna keç

ABŞ-də güclü fırtınaya görə 400-dən çox uçuş ləğv edilib

ABŞ-də baş verən fırtına ölkənin bəzi bölgələrində ciddi fəsadlara səbəb olub.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, xüsusilə Pensilvaniya, Merilend və Virciniya ştatlarında 835 278 abonentin elektrik təchizatı kəsilib.

Fırtına səbəbindən 400-dən çox reys ləğv edilib, 2 mindən artıq reys isə gecikib.

Bir sıra hava limanlarında uçuşları müvəqqəti dayandırılıb. Nyu-Cersi və Nyu-Yorkun bəzi bölgələrində fövqəladə vəziyyət elan olunub, bir sıra ərazilərdə daşqınlar qeydə alınıb.

ABŞ-nin Sakit okean sahillərində “King Tides” adlanan güclü qabarmalar müşahidə edilib. Dalğaların hündürlüyü 2 metri keçib, San-Dieqo ilə Los-Anceles arasında qatar səfərləri ləğv olunub.

Şəbnəm Mehdizadə