Türkiyədə yenə zəlzələ oldu


  • 31 Oktyabr 2020 10:14

Türkiyədə Egey dənizi sahillərində, İzmir əyalətinin Seferihisar rayonunda 5 bal gücündə zəlzələ olub.

E-huquq.az Türkiyənin Fövqəladə Hallar Agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanlar oktyabrın 31-də Türkiyə vaxtı ilə saat 08:31-də baş verib. Zəlzələ ocağı 7,33 metr dərinlikdə yerləşib. Təbii fəlakət nəticəsində itki, xəsarət alan və dağıntı bardə məlumat yayılmayıb.

Qeyd edək ki, oktyabrın 30-da İzmirdə 6,6 bal gücündə zəlzələ olub. Təbii fəalkət nəticəsində 24 nəfər vəfat edib, 804-ü xəsarət alıb.

Oxşar xəbərlər