Türkiyənin İzmir şəhərində baş verən zəlzələdə ölənlərin sayı 36-ya yüksəlib, 885 nəfər xəsarət alıb.
Bu barədə e-huquq.az Türkiyə KİV-lərinə istinadən məlumat verib.
Xatırladaq ki, ötən gün İzmirdə güclü zəlzələ baş verib. 6,6 bal gücündə olan yeraltı təkanlar şəhər və ətraf bölgələrdə hiss edilib.
