Məzmuna keç

Türkiyədə terror aktı törədildi

Türkiyənin Hakkari vilayətinin Derecik rayonu ərazisində yol inşaatında çalışan işçilər PKK terrorçularının hücumuna məruz qalıblar.

E-huquq.az xəbər verir ki, raket atəşi nəticəsində bir işçi ölüb, ikisi yaralanıb.

Milli Müdafiə Nazirliyinin birlikləri isə Hakkarinin Şemdinli rayonu ərazisində terror hazırlığında olan iki terrorçunun yerini təsbit edərək zərərsizləşdiriblər.