Məzmuna keç

Ermənistan məhbusları Qarabağa göndərmək üçün plan qurur

Ermənistanda məhbuslardan ibarət könüllü dəstələrin Dağlıq Qarabağa döyüşlərə göndərilməsi məsələsi nəzərdən keçirilir.

E-huquq.az bu barədə erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin ədliyyə naziri Rüstəm Badasyan deyib.

O bildirib ki, məhbusların cəbhəyə yollanması üçün onların barəsində verilən həbs qərarlarını dəyişmək lazımdır. Nazir əlavə edib ki, bu məsələni ölkənin Baş prokurorluğu həll edir və hazırda bu proses gedir.