Məzmuna keç

Rusiya Dağlıq Qarabağ münaqişəsinə müdaxilə etmək niyyətində deyil –

Rusiya Dağlıq Qarabağ münaqişənin həllində daha fəal iştirak etməyi planlaşdırır, lakin müdaxilə etmək niyyətində deyil.

E-huquq.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin spikeri Mariya Zaxarova bildirib.

M.Zaxarova vurğulayıb ki, Rusiyaya görə Dağlıq Qarabağda münaqişənin hərbi yolla həlli yoxdur – burada mövqeyimiz Türkiyənin mövqeyindən fərqlənir.

Spiker qeyd edib ki, Moskva münaqişənin həlli üçün əlindəki bütün imkanlardan istifadə etmək niyyətindədir.