Rusiyanın Türkiyə ilə birgə monitorinq mərkəzi Dağlıq Qarabağda atəşkəs rejiminə etibarlı nəzarəti təmin edəcək.
E-huquq.az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri ilə videoformatda keçirilən görüşdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
S.Şoyqu bildirib: "Birgə monitorinq mərkəzinin yaradılması qərarı tərəflərin hərbi əməliyyatların dayandırılması rejiminə riayət etməsinə etibarlı nəzarət etməyə imkan verəcək və uzun müddətdir davam edən münaqişənin həlli üçün möhkəm zəmin yaradacaq".
