Məzmuna keç

Ermənistanın ədliyyə naziri də vəzifəsindən azad ediləcək

Ermənistan ədliyyə naziri Rüstəm Badasyanın da vəzifəsini tərk etməsi ehtimal olunur.

E-huquq.az erməni mətbuatına istinadən xəbər veirr ki, Ermənistan polisinin keçmiş rəis müavini Hovannes Koçaryan ədliyyə naziri vəzifəsinə namizədlər arasında idi, lakin o, bu təklifi rədd edib.

“Hazırda səlahiyyətlilər iki qadın arasında – Baş nazirin müşaviri Anna Vardapetyan və hazırkı ədliyyə nazirinin müavini Kristine Qriqoryan arasında seçim edir”, – deyə məlumatda bildirilir.

Qeyd edək ki, Rüstəm Badasyan Ermənistanın ədliyyə naziri vəzifəsinə 19 iyun 2019-cu il tarixində təyin edilib.