Qarabağda dinc azərbaycanlıları qətlə yetirən daha bir erməni generalı öldü


  • 24 Noyabr 2020 13:38

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ərtaf rayonların işğalında fəal iştirak etmiş, dinc azərbycanlıların qətlinə başçılıq etmiş Ermənistan generalı Astvasatur Petrosyan 67 yaşında ölüb.

E-huquq.az xəbər verir ki, bunu onun oğlu Sipan Petrosyan feysbuk səhifəsində yazıb.

A.Petrosyan 1990-cı illərin əvvəllərində “İntiharçı-qartallar birliyi” adlı ictimai təşkilat yaradaraq Azərbaycan torpaqlarının işğalında iştirak edib.

O, 1992-2000-ci illərdə Ermənistan müdafiə nazirinin müavini vəzifəsini tutub. 1996-cı ildə general-mayor rütbəsi alıb.

Sonralar isə fövqəladə hallar nazirinin müavini olub.

Mənbə: Report

Oxşar xəbərlər