Gürcüstanın Milli Qida Agentliyinin Acarıstan Muxtar Respublikası üzrə regional bölməsinin rəhbəri rüşvətalma faktına görə saxlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, İlia S. biznesmendən mal-qaranın xaricə ixrac olunması məqsədi ilə veterinar sertifikat üçün 3 300 lari (1 178 dollar) məbləğində rüşvət alıb.
Faktla bağlı Cinayət Məcəlləsinin rüşvətalma maddəsi ilə cinayət işi başlnılıb, istintaq aparılır. Saxlanılan şəxsi 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Mənbə: Report
