Türkiyədə erməni əsilli tanınmış rok ifaçısı Hayko Çepkinin şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az xəbər verir ki, 2015-ci ildə iki fərqli nömrədən H. Çepkinə 5200 dəfə zəng edən gənc xanıma “şəxsin rahatlığı”nı pozduğuna görə 6 aylıq həbs cəzası verilib.
Qadın məhkəmədə ifadə verərək, H. Çepkini tanıdığını və müğənni ilə münasibətinin olduğunu deyib.
