Sabah Kremldə Ukrayna torpaqlarının Rusiyaya qatılması ilə bağlı sənədlər imzalanacaq


  • 29 Sentyabr 2022 14:30

Sabah saat 15:00-da Kremldə yeni ərazilərin Rusiyaya daxil olmasına dair sazişlər imzalanacaq.

E-huquq.az-ın məlumatına görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

“Sabah saat 15:00-da Kremlin Georgiyevsk zalında yeni ərazilərin Rusiya Federasiyasına daxil olmasına dair sazişlərin imzalanması baş tutacaq. Putinin çıxışı olacaq”, - Kremlin sözçüsü qeyd edib.

Xatırladaq ki, Rusiya Ukraynanın Donetsk, Luqansk, Zaporojye və Xerson regionlarında 23-27 sentyabr tarixlərində “referendum” təşkil edib. “Referendumlar”da bütün səslərin sayıldığı və seçicilərin böyük əksəriyyətinin Rusiyaya birləşməyə səs verdiyi bildirilib.

Oxşar xəbərlər