Məzmuna keç

Boliviya prezidenti istefa verdi

Boliviya prezidenti Evo Morales istefa verdiyini açıqlayıb

Boliviya prezidenti Evo Morales istefa etdiyini açıqlayıb.

E-huquq.az xəbər verir ki, keçmiş dövlət başçısının təyyarəsi Argentina ərazisində uçuş planını istəyib. Təyyarə El-Alto beynəlxalq hava limanından uçub.

Qeyd edək ki, Boliviyada prezident seçkiləri oktyabrın 20-də keçirilib. Ali Seçki Məhkəməsi hazırkı dövlət başçısı E. Moralesin seçkilərdə qalıb gəldiyini elan edib. Seçkilərin nəticələrinin elan olunmasından sonra Boliviyada etiraz aksiyaları başlayıb.

Etirazlar zamanı baş verən toqquşmalarda 3 nəfər ölüb, 380 nəfər xəsarət alıb.