Pakistanda məsciddə partlayış: 17 nəfər ölüb - YENİLƏNİB


  • 30 Yanvar 13:50

Pakistanda məsciddə baş verən partlayışda 17 nəfər həlak olub, 90 nəfər yaralanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, polis partlayışın namaz vaxtına təsadüf etdiyini və binanın bir hissəsinin dağıldığını bildirib.

Dağıntılar altında qalanların olduğu ehtimal edilir.

Partlayıışın səbəbi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

***

Pakistanda məsciddə partlayış baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Peşavar şəhərində qeydə alınıb.

Partlayış nəticəsində 70 nəfər yaralanıb.

Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Eltac Nurullazadə

Oxşar xəbərlər