İranda məsciddə terror aktı törətməkdə təqsirləndirilən şəxs barədə edam hökmü çıxarıldı


  • 21 Sentyabr 2023 15:41

İranın Şiraz şəhərində Şah Çeraq məscidində terror aktı törətməkdə təqsirləndirilən şəxs barədə edam qərarı verilib.

E-huquq.az xəbər verir ki, bu barədə Fars əyalətinin baş prokuroru Kazım Musevi bildirib.

O bildirib ki, türbəyə silahlı hücum edən Tacikistan əsilli Rəhmətullah Nuruzaf ölüm cəzasına məhkum edilib. Digər 2 nəfər isə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Musevi qərarlarla bağlı 20 gün ərzində apellyasiya şikayəti verilə biləcəyini deyib.

Qeyd edək ki, avqustun 13-də Şiraz şəhərindəki Şah Çeraq məscidi silahlı hücuma məruz qalıb. Hücum nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. İŞİD hücumla bağlı məsuliyyəti üzərinə götürüb. Sözügedən türbəyə 2022-ci ilin oktyabrında olan silahlı hücum nəticəsində isə 13 nəfər həyatını itirib. Hücumu törətməkdə təqsirləndirilən 2 nəfər edam edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər