Məzmuna keç

Nigeriyada silahlı şəxslər tərəfindən oğurlanan 4 tələbə xilas edilib

Nigeriya ordusu silahlı şəxslər tərəfindən girov götürülən 4 universitet tələbəsini azad edib.

E-huquq.az xəbər verir ki, bu barədə Nigeriya Ordusu məlumat yayıb.

Məlumata görə, Nigeriyanın Zamfara əyalətində Qusau Federal Universitetinə silahlı şəxslər tərəfindən hücum təşkil edilib.

Ordunun dərhal keçirdiyi əməliyyat nəticəsində 4 tələbənin həyatı xilas edilib.

Qeyd edək ki, Nigeriyada adam oğurluğu cinayəti ölümlə cəzalandırılır, lakin pul müqabilində adam oğurluğu adi haldır. Ölkədə sonuncu hücum sentyabrın 22-də Zamfara əyalətindəki Qusau Federal Universitetində olub. Hücum zamanı 35 nəfərin qaçırılıb. Hücumdan sonra həyata keçirilən əməliyyatlarda 13 tələbə xilas edilib. 22 nəfər isə hələ də axtarışdadır.

Şəbnəm Mehdizadə