Məzmuna keç

Türkiyədə yük maşınında qanunsuz miqrantlar aşkarlanıb

Türkiyənin Ədirnə şəhərində yük maşınının qoşqusunda 17 qeyri-qanuni miqrant yaxalanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Jandarma Komandanlığı Ədirnənin Keşan rayonunda yük maşınına baxış keçirən zaman maşının qoşqusunda qanunsuz miqrantların olduğunu müəyyən edib.

Miqrantlardan 13-nün İraq, 4-nün Suriya vətəndaşı olduğu məlum olub.

Yük maşınının sürücüsü həbs edilib. Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə