Məzmuna keç

Dənizdə batma təhlükəsi ilə üzləşən 100-dək miqrant xilas edilib

Türkiyənin Aydın şəhərində Yunanıstan tərəfindən geri göndərilən və dənizdə köməksiz vəziyyətdə qalan 91 qeyri-qanuni miqrant xilas edilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığına daxil olan məlumat əsasında dərhal əraziyə xilasedicilər göndərilib.

Miqrantlar xilas edilərək sahilə çıxarılıb.

Müvafiq prosedurlardan sonra onlar Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə