Nigeriya Hərbi Hava Qüvvələri (NAF) "Boko Haram" terror təşkilatına qarşı həyata keçirilən hava əməliyyatları nəticəsində onlarla terrorçunu zərərsizləşdirib.
E-huquq.az xəbər verir ki, bu barədə Hərbi Hava Qüvvələrinin sözçüsü Edvard Qabkvet məlumat verib.
O bildirib ki, Borno əyalətinin Bukar Meram və Zamfara əyalətinin Maru bölgəsində keçirilən əməliyyatlar zamanı terrorçuların sığındığı düşərgələr bombalanıb, onlarla düşərgə zərərsizləşdirilib. Təşkilata aid mühüm döyüş sursatları ələ keçirilib.
Qeyd edək ki, 2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan “Boko Haram”ın 2009-cu ildən bəri təşkil etdiyi kütləvi hücumlarda minlərlə insan həyatını itirib. Təşkilat 2015-ci ildən ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirir.
Şəbnəm Mehdizadə
