Məzmuna keç

Türkiyədə ağır qəza: 3 nəfər ölüb, yaralılar var

Türkiyənin Ordu şəhərində baş verən ağır yol qəzasında 3 nəfər ölüb.

E-huquq.az xəbər verir ki, Ordunun Akkuş rayonunda minik avtomobili ilə yük maşınının toqquşması nəticəsində 3 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım əməkdaşları cəlb olunub. Onlar Ünye Dövlət Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə