Məzmuna keç

İstanbulda zəncirvari qəzada 13 nəfər xəsarət alıb

Türkiyənin İstanbul şəhərində 26 nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari yol qəzası baş verib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə nəticəsində 13 nəfər xəsarət alıb.

Yaralılar şəhərdəki xəstəxanalara aparılıb. Onlardan 2-nin vəziyyətinin ağır olduğu bildirilib.

Qəza səbəbilə nəqliyyatın hərəkətinə bağlanan yolda bir müddət sonra hərəkət bərpa olunub.

Hadisə ilə bağlı araşdırma aparılır.

Şəbnəm Mehdizadə