Türkiyənin Aydın şəhərində 28 qanunsuz miqrant xilas edilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə Sahil Mühafizə Komandanlığı məlumat yayıb.
Bildirilib ki, Aydının Didim sahillərində rezin qayıqda qanunsuz miqrantların olduğu təsbit edildikdən sonra bölgəyə bir Sahil Mühafizə gəmisi göndərilib.
Sahil mühafizəsinin əməkdaşları miqrantları xilas edərək sahilə çıxarıb.
Miqrantlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
