Türkiyənin Ədirnə şəhərində sərhədi qanunsuz olaraq keçməyə çalışan 9 nəfər saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Jandarma Komandanlığının keçdirdiyi əməliyyat zamanı saxlanılan və Ədirnədən Yunanıstana qaçmağa cəhd edən şəxslərdən 6-nın FETÖ terror təşkilatına üzv olduğu müəyyən olunub.
Digər əməliyyat zamanı isə "qəsdən adam öldürmə" cinayəti ilə axtarışda olan 2 nəfər və bir qanunsuz miqrant sərhəd xəttində yaxalanıb.
Qanunsuz miqrant Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
