Türkiyənin Bursa şəhərində özünü prokuror kimi təqdim edərək vətəndaşa qarşı 630 min türk lirəsi dəyərində dələduzluq edən şəxs saxlanılıb.
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, həmin şəxs bir nəfərə zəng edərək adının cinayət işində hallandığını deyib və hesabındakı pulu adından çıxarmasını məsləhət görüb.
Zərərçəkmiş şəxs aldanaraq şübhəli şəxsin hesabına 630 min lirə pul göndərib. Lakin bir müddət sonra aldadıldığını anlayıb və şikayət ərizəsi ilə hüquq-mühafizə orqanlarına müraciət edib.
Faktla bağlı araşdırmala başlanılıb. Elazığda olduğu müəyyən edilən şübhəli şəxs polis tərəfindən saxlanılıb. O, hesabına göndərilən pulu bankomatdan çıxarmaq istəyərkən yaxalanıb.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Şəbnəm Mehdizadə
