Türkiyənin Çanaqqala şəhərində qanunsuz miqrantlar xilas edilib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığına Çanaqqalanın Ayvacık sahillərində hərəkətdə olan rezin qayıqda bir qrup qanunsuz miqrantın olmasına dair məlumat daxil olub.
Komandanlığın əməkdaşları qayıqda olan 26 nəfəri xilas edərək sahilə çıxarıb.
Miqrantların əfqan əsilli olduğu müəyyən edilib.
Şəbnəm Mehdizadə
