Məzmuna keç

Ankarada silahlı insidentdə 2 qardaş ölüb

Türkiyənin Ankara şəhərində silahlı insident zamanı 2 nəfər ölüb.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ankaranın Kusunlar rayonunda yerləşən evdə 6 nəfər arasında başlayan mübahisə silahlı insidentə çevrilib.

Hadisə yerinə jandarma və təcili tibbi yardım əməkdaşları gəlib.

İnsident zamanı yaralanan və xəstəxanaya aparılan iki qardaşın həyatını xilas etmək mümkün olmayıb. Bir nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə ilə bağlı 2 nəfər saxlanılıb. Bir nəfərin axtarışı davam edir.

Şəbnəm Mehdizadə