Məzmuna keç

Nigeriyada difteriya epidemiyası yayılmaqda davam edir

Nigeriyada difteriya epidemiyasına yoluxanların sayı 9 min 500 nəfərə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) məlumat yayıb.

Bildirilib ki, 1 yanvar – 19 oktyabr tarixləri arasında difteriya 20 ştatın 137 rayonunda, eləcə də paytaxt Abucada yayılmağa davam edib. Bu müddət ərzində 15 060 nəfərdə virusun əlamətləri müşahidə olunub, 9 478 nəfərin analiz nəticəsi müsbət çıxıb.

Mərkəzin baş direktoru İfedayo Adetifa yoluxanların 71,5 faizinin 1-14 yaş arasında olduğunu, körpələrin isə bir faizdən az olduğunu söyləyib. O qeyd edib ki, epidemiyanın episentri olan Kano əyalətində 7 747, Yobe əyalətində isə 841 yoluxma qeydə alınıb.

Səhiyyə və sosial təminat naziri Məhəmməd Pate deyib ki, ölkənin 19 ştatında difteriyaya yoluxmuş uşaqların 98 faizi peyvənd olunmayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Nigeriyada yoluxma sayının artması ilə əlaqədar epidemiyaların ikinci dalğasının olduğunu təsdiqləyib. Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) epidemiya ilə mübarizə çərçivəsində sentyabr ayında bu ölkəyə 9,3 milyon doza vaksin göndərib.

Şəbnəm Mehdizadə