Türkiyənin Ədirnə şəhərindən qeyri-qanuni yollarla Yunanıstana getməyə cəhd edən 5 nəfər saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri Karakasım kəndi yaxınlığındakı 1-ci dərəcəli qadağan olunmuş hərbi zonasında keçirdikləri əməliyyatda qeyri-qanuni yollarla Yunanıstana getmək istəyən 5 nəfəri saxlayıb.
Saxlanılan şəxslərin FETÖ terror təşkilatı ilə əlaqələrinin olması müəyyən edilib.
Hazırda araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə
