Türkiyənin İstanbul şəhərində FETÖ terror təşkilatına qarşı keçirilən əməliyyatda 21 nəfər şübhəli şəxs yaxalanıb.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən aparılan araşdırmalar çərçivəsində təşkilata aid evlərdə qaldıqları aşkar edilən 24 şübhəli şəxs müəyyən edilib.
Prokurorluğun təlimatı ilə hərəkətə keçən polis onlardan 21-ni yaxala bilib.
Saxlanılan şəxslər polis bölməsinə aparılıb.
Digər 3 şübhəli şəxsin axtarışı davam etdirilir.
Şəbnəm Mehdizadə
