Məzmuna keç

Çanaqqalada 41 qeyri-qanuni miqrant yaxalanıb

Türkiyənin Çanaqqala şəhərinin Ayvacık rayonu sahillərində 41 qeyri-qanuni miqrant yaxalanıb.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sahil Mühafizəsi tərəfindən Ayvacık sahillərində rezin qayıqda bir qrup qeyri-qanuni miqrant aşkarlanıb.

Dərhal hərəkətə keçən sahil mühafizəçiləri qayığı dayandırıb və orada olan miqrantları təxliyə edərək əcnəbilərin repatriasiya mərkəzinə təhvil veriblər.

Şəbnəm Mehdizadə