Türkiyənin Aydın şəhərində qanunsuz yollarla Yunanıstana keçməyə çalışan 26 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az xəbər verir ki, Jandarma Komandanlığının əməkdaşları Aydının Didim rayonunda bir qrup şəxsin Akköy Mahalında toplaşdığını müəyyən edib. Həmin şəxslərin Yunanıstana keçməyə hazırlaşdıqları bəlli olub.
Dərhal hərəkətə keçən Jandarma əməkdaşları qanunsuz miqrantları gəmidə yaxalayıb.
Onlar Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
