- 00:53
"Hüquq fakültələrinə qəbul üçün tələb olunan keçid balının artırılmasına ehtiyac var".
E-huquq.az "Hukuki Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyənin ədliyyə naziri Yılmaz Tunç deyib.
Onun sözlərinə görə, keçid balının artırılması keyfiyyətə təsir göstərəcək.
"Hüquq təhsilinin keyfiyyətinin daha da artırılması üçün tədbirlər görməliyik. Hüquqşünaslıq ixtisası üzrə plan yerlərinin 125 mindən 100 minə endirilməsi və hüquq fakültəsinə qəbul ballarının artırılması hüquq təhsilinin keyfiyyətini artıracaq", - deyə nazir bildirib.
Şəbnəm Mehdizadə