İsrailin Qəzza zolağında hərbi əməliyyatı bir aydan üç aya qədər çəkə bilər.
E-huquq.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qalant deyib.
Onun sözlərinə görə, bu, İsrailin anklavda sonuncu quru əməliyyatı olmalıdır, nəticədə HƏMAS tamamilə məhv edilməlidir.
"Bunlar Qəzzada son [quru] manevrlər olmalıdır, çünki onlardan sonra HƏMAS olmayacaq. Bir ay, iki ay, üç ay çəkəcək, amma sonda daha HƏMAS olmayacaq", – deyə o bildirib.
