Məzmuna keç

Türkiyədə 37 qanunsuz miqrant xilas edilib

Türkiyənin Aydın şəhərində 37 qeyri-qanuni miqrant xilas edilib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, Aydının Kuşadası rayonu sahillərində Yunanıstan tərəfindən geri qaytarılan rezin qayıqda qanunsuz miqrantların olması müəyyən edilib.

Əraziyə dərhal Sahil Mühafizə Gəmisi göndərilib və qanunsuz miqrantlar xilas edilib.

Onlar müvafiq hüquqi prosedurlardan sonra Miqrasiya İdarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə